SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni binasının açılışı olub

SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni binasının açılışı olub

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və “Neftçilər günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı keçirilib.

REAL Report-a istinadla xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülmüş işlərdən razılığını bildirib, Heydər Əliyev guşəsinə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirilib.

Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürlərinin, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğvi edilməsi, quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə