İki yarımstansiya yenidən qurulur - VİDEO

İki yarımstansiya yenidən qurulur - VİDEO
Məqsəd enerji təchizatının fasiləsizliyini təmin etməkdir

Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan və paytaxtdakı 110 kilovoltluq yarımstansiyaların əksəriyyətini enerji ilə təmin edən 220 kilovoltluq “Müşfiq” və “Xırdalan” yarımstansiyaları “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

Badamdar qəsəbəsində yerləşən və 1987-ci ildə tikildiyindən istismar müddətini keçən “Müşfiq” yarımstansiyasında bölmələr, portallar, şinlər, cərəyan transformatorları, ildırımötürücü avadanlıqlar, bir sözlə açıq və qapalı paylayıcı qurğular yenilənib. Yarımstansiyada köhnə idarəetmə binası əsaslı təmir edilib və yeni inzibati bina tikilib. Yarımstansiyanın idarəetməsi yeni binaya keçirilib və mini SKADA yenidən qurulub. Ümumilikdə “Müşfiq” yarımstansiyasında texniki işlər başa çatıb, hazırda ərazidə abadlaşdırma işləri aparılır.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan” yarımstansiyasında isə əsaslı tikinti, yenidənqurma və təmir işləri hazırda da davam edir. Yarımstansiyada açıq və paylayıcı qurğular yenidən qurulur, kohnə avadanlıqlar yeniləri ilə əvəz edilir.

Yarımstansiyada ikimərtəbəli inzibati bina tikilir. Burada müasir tipli məsfədən idarəolunan SKADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək.

Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 17 yarımstansiya ilə yanaşı 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır və əsas məqsəd itirilmiş gücləri bərpa etməklə yanaşı dayanıqlığı və etibarlığı artırmaqdır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə