Şəhid ailələrinə mənzil verildi - VİDEO

Şəhid ailələrinə mənzil verildi - VİDEO
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 64 mənzil təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınmış mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edildi.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğuladı ki, bu kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılır.

Qarabağ qazisi Habil Ağəliyev Real Tv-yə müsahibəsində bildirdi ki, 4 övladı bu gün yeni mənzil sevincini yaşayır.

Qeyd edək ki, bu günədək bu kateqoriyalardan olanlara 6828 mənzil verilib. Nazir müavini eyni zamanda bildirdi ki, müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirilib və bu il 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə