Millimiz mövqeyini qorudu

Millimiz mövqeyini qorudu
Bakıdakı xal itkisi xorvatiyalıları geri saldı

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Yeni sıyahıda futbol üzrə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla Farer Adaları ilə birgə 109-cu yerdə qərarlaşıb. 2020-ci Avropa çempionatının seçmə mərhələsində səfərdə Uels komandasına 1:2 hesabı ilə uduzan, evdə xorvatiyalılarla 1:1-lik bərabərə qalan millimiz hesabına 3 xal əlavə edib.

Seçməmizin qrup mərhələsindəki rəqiblərinə gəlincə. Bakıdakı heç-heçədən sonra 1 pillə geriləyən Xorvatiya kollektivi 8-cidir. Uelslilərlər slovakiyalılar müvafiq olaraq 1 və 2 pillə irəliləyiblər. Britaniyalılar 1522 xalla 23-cü, aktivində 1493 xal olan mərkəzi avropalılar 29-cü yerdə qalxıblar. 5 komandanı önə buraxan Macarıstan millisi isə 1430 xalla 50-cidir.

Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyə kollektivi 1475 xalla 36-cı yerə yüksəlib.

Siyahıya 1752 xalla Belçika seçməsi başçılıq edir. Son dünya çempionu Fransa millisi 1725 xalla ikinci yerdədir. Braziliya komandası isə 1719 xalla üçüncü sıradadır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə