Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə başlanacaq

Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə başlanacaq

Azərbaycan-Qazaxıstan arasında Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə (Transxəzər layihəsi) yaxın vaxtlarda başlanılacaq.

REAL  APA-ya istinadla bildirir ki, bunu Bakıda keçirilən "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən “Azertelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.

Onun sözlərinə görə, layihənin texniki analizi aparılıb və yaxın günlərdə tender prosesləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

"Digital Hub" layihəsi çərçivəsində icra olunacaq işlər üç fazadan ibarətdir. Birinci fazanın əsas hissəsi Asiya və Avropa arasında rəqəmsal tranzit marşrutun yaradılmasıdır ki, həmin bu marşrutun bir hissəsi də Transxəzər layihəsidir. Bu layihə iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan-Qazaxıstan, ikinci isə Azərbaycan-Türkmənistan istiqamətində nəzərdə tutulur", - deyə F. Allahverdiyev qeyd edib.

Şirkət rəhbəri əlavə edib ki, hazırda Transxəzər layihəsinin ikinci fazası olan Türkmənistan istiqamətində layihələndirmə işləri davam etdirilir: "Burada məqsəd gələcəkdə bu marşrut üzrə Əfqanıstan, Pakistan və Hindistan istiqamətində yerüstü trafik marşrutlarının Azərbaycandan nəql etməkdir", - deyə F. Allahverdiyev bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə