3 qat dünya çempionu üçün təsəlli

3 qat dünya çempionu üçün təsəlli
2 sərbəst güləşçimiz bürünc mükafat üçün mübarizə aparacaq

2 sərbəst güləşçimiz dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.

Minskdə təşkil olunmuş II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov rusiyalı Zavur Uquyevə uduzduqdan sonra qızıl medal qazanmaq şansını itirib. Uquyev finala yüksəldiyi üçün Mahirin bürünc medala yolu açılıb. 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev də mundialda yalnız 3-cü yerə ümid edə bilər.

65 kq-da mübarizə aparmış Hacı, Rusiya güləşçisi Hacımurad Rəşidovla qarşılaşmadan məğlub ayrılıb. Daha doğrusu hakimlərin mübahisəli qərarı bahadırımızın çempionluq ümidlərinin üstündən xətt çəkib.

Qərara etirazını bildirən güləşçimiz əvvəlcə yarışdan kənarlaşdırılsa da, daha sonra bu cəza ləğv edilib. Belə olan halda Rəşidovun finala adlaması Hacı Əliyevə təsəlliverici mərhələdə güləşmək imkanı yaradıb.

Fəxri kürsüyə qalxacağı təqdirdə həmyerlimiz yay olimpiya oyunlarına vəsiqə əldə edəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə