Əsirlərin dəyişdirilməsi məsələsi - VİDEO

Əsirlərin dəyişdirilməsi məsələsi - VİDEO
Paşinyan "hamının-hamıya" prinsipi ilə azad olunmasını nəzərdən keçirir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin iki erməni girovu ilə dəyişdirmək təklifini nəzərdən keçirir.

Bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan yerli jurnalistlərin suallarıını cavablandırarkən deyib.

"Biz bu təklifdən xəbərdarıq və bunu müzakirə edirik. Məsələnin həssaslığını nəzərə alaraq, hər hansı bir həll yoluna yaxın olduğumuz zaman açıqlama verəcəyik" deyə Karapetyan sözlərinə əlavə edib.

Əsir və girovların hamının hamıya formatında azad olunması ila bagli Azərbaycanın prinsipial movqeyi isə dəfələrlə qarşı tərəfə çatdırılıb. Elə gələn həftə Polşanın paytaxtı Varşavada keçiriləcək ATƏT-in Zirvə toplantısında da rəsmi Bakının bu məsələdə mövqeyi bir daha ortaya qoyulacaq.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə