Çindən kosmosa nanopeyklər - VİDEO

Çindən kosmosa nanopeyklər - VİDEO
Elmi-tədqiqat aparacaq 5 nanopeyk orbitə buraxılıb

Çin özünün “Cuhay-1” orbital sistemini formalaşdırmaq məqsədilə kosmosa məsafədən zondlamanı həyata keçirən beş nanopeyk göndərib.

Nanopeyklərin buraxılışı ölkənin şimal-qərbində yerləşən Qansu vilayətindəki "Ciuçüən" kosmodromundan yerli vaxtla sat 14:42-də həyata keçirilib. Çinin kosmos mütəxəssislərinin planına görə, “Cuhay-1” orbital sistemi 34 peykdən ibarət olmalıdır. Onların arasında hiperspektral, radar və infraqırmızı, habelə xüsusi videokamera olan və yüksək optik imkanlara malik aparatlar var.

Artıq 12 peyk orbitə göndərilib.

Nanopeykləri orbitə “Çancen-11” raketdaşıyıcısı çıxarıb. Bu buraxılış ““Çancen” nəslindən olan raketdaşıyıcıların 311-ci startıdır. Sentyabrın 12-də reallaşan əvvəlki buraxılışda fəzaya üç kosmik aparat, o cümlədən Arktika və Antarktikanı müşahidə etmək üçün peyk göndərilmişdi.

İyun ayında isə Sarı dənizdəki mobil məntəqədən “Çancen-11” raketdaşıyıcısı ilə Çin tarixində ilk dəfə olaraq sudan raket buraxılışı həyat keçirilimişdi.

 

REAL TV-nin Çin bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə