Bakı-Quba yolunda qəza baş verib - VİDEO

Bakı-Quba yolunda qəza baş verib - VİDEO
Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı-Quba yolunda baş vermiş dəhşətli qəza nəticəsində 2 nəfər ölüb.

Məlumata görə, "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub.

Toqquşmadan sonra zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Hyundai markalı avtomobilin sürücüsü Anar Rzayev ağır bədən xəsarətləri alıb, O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Onun yanında olan sərnişin Kamran Atayev isə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Mercedes markalı avtomobilin sürücüsü isə yaralı halda avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb və yanaraq ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə