REAL TV miqrantlar saxlanan mərkəzdə - VİDEO

REAL TV miqrantlar saxlanan mərkəzdə - VİDEO
Bakı qanunsuz miqrantların saxlanılması mərkəzində 21 miqrant var

Azərbaycan miqrantlar üçün populyar ölkələrdən biridir. Ölkədə sabitliyin, tolerantlığın hökm sürməsi hərbi-iqtisadi-siyasi proseslərlə çalxalanan dünyada miqrantlar üçün son illər xüsusi ilə cəlbedici görünür.

Azərbaycana üz tutan miqrantlarla bağlı rəqəmlər ilbəil dəyişsə də bu ilin 9 ayına olan statistikaya əsasən hazırda ölkədə 120 minə yaxın qanuni əsaslarla yaşayan miqrant var.

Miqrasiya ilə bağlı qanunvericiliyin tələbəni pozanlara da mütəmadi olaraq rast gəlinir. Azərbaycanda qanunsuz miqrantların saxlanılması üçün 2 mərkəz fəaliyyət göstərir. Bunlardan biri paytaxt Bakıda, digəri Yevlax şəhərində yerləşir.

122 yerlik yataqxana tipli korpusda hazırda 21 miqrant saxlanılır. Onlardan ikisi qadın,19-u kişidir. Əksəriyyəti Pakistan, Hindistan, Nepal və İraq vətəndaşlarıdır.

Məhəmməd İsaq ailəsi ilə bu mərkəzə yerləşdirilən yeganə qanunsuz miqrant ailəsidir. 8 aydır Azərbaycandadırlar. 5 aylıq qızları da elə Bakıda doğulub. Xanımı Humayra Həbibini müsahibəyə razı salmasaq da məlum oldu, onları Bakıya gəlməyə məhz həbibi yəni sevgisi vadar edib. Humayranı qaçıran Məhəmməd Pakistan polisindən gizlənmək üçün Azərbaycana qaçıb.

Hidistandan olan Səlin də ailəlidir. 1 aydan artıqdır ki, Azərbaycandadırlar. Dediyinə görə,mərkəzə yerləşdirilməsinə səbəb viza vaxtının bitməsidir.

Müvəqqəti saxlanılma mərkəzi olsa da burada əcnəbi miqrantların yaşaması üçün bütün lazımi şərait yaradılıb. Mərkəzdə müsəlman miqrantlar üçün namaz otağı belə ayrılıb.

Miqrantların sağlamlığı da ciddi nəzarət altındadır. Xüsusi tibb otağında onlar üçün nəzərdə tutulmuş zəruri dərman peraparatları da var. Burada lazımi müayinələrdən keçdikdən sonra miqrantlar yataqxanaya yerləşdirilir. Səhhətində narahatlığı olan əcnəbilərə isə mütəmadi nəzarət edilir.

Həmsöhbətlərimdən biri Cibutidən olan Mübarəkdir. Azərbaycana turist kimi gəldiyini deyir.

Hindistandan olan Azərudin da Bakıya turist kimi gəlib. Sonradan burada qalıb işləməyə qərar verib. Ölkəmizdə qanunun aliliyini yada salmayan hindistanlı qonaq 1 aydır ki,mərkəzə gətirilib.

Yataqxanada təknəfərlik otaqlar da mövcuddur. Yoldaşları ilə sözün hər iki mənasında dil tapmayan əcnəbilər bu cür otaqlarda da qalmaq hüququna malikdirlər. Mərkəzin 3 korpusundan birində yeməkxana fəaliyyət göstərir. Aşpazların dediyinə görə, yeməklərin hazırlanmasında əcnəbilərin ağız dadı nəzərə alınır.

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərlidən öyrənirik ki, bura yerləşdirilən qanunsuz miqrantlar ölkələrinə geri dönmək üçün bütün lazımi sənədləri qaydasına salanadək bu mərkəzdə saxlanılırlar.

Qurum rəsmisinin sözlərinə görə, mərkəzin fəaliyyəti eləcə də qanunsuz miqrantların saxlanılmasına təkcə aidiyyatı orqanlar tərəfindən deyil,eyni zamanda ictimai təşkilatlar tərəfindən ciddi nəzarət var.

Qeyd edək ki,bu ilin 6 ayı ərzində ölkə ərazisində 627 qanunsuz miqrant qeydiyyata alınıb. Onların hamısı ölkələrinə geri qaytarılıb. Bakı Qanunsuz Miqrantların saxlanılması mərkəzinin müvəqqəti sakinləri də bunun üçün öz növbələrini gözləyirlər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə