Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb

Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb

Bakıda zəncirvari yol qəzası baş verib. 

REAL xəbər verir ki, Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində, boya fabrikinin yanında qeydə alınıb. 

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 56 yaşlı Təranə Kərimovaya hadisə yerində yardım göstərilib. 33 yaşlı Yeganə Kərimova başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Münasib Məmmədov döş qəfəsinin və qarnın küt travması ilə Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Hazırda müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə