“Qarabağ” “Sevilya”ya məğlub oldu, YENİLƏMƏ-4

“Qarabağ” “Sevilya”ya məğlub oldu, YENİLƏMƏ-4

Avropa Liqasında qrup mərhələsi start götürüb.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk matçına çıxıb.

A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Azərbaycan çempionu La Liqanın liderini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Sevilya” əsas heyətlə oynamasa da, meydanda dominantlıq edib. Müdafiədə inamlı mübarizə aparan “Qarabağ”ın azsaylı hücumları da yaddaqalan olub.

İspaniya klubunun üstünlüyü yalnız ikinci hissədə hesabın açılması ilə nəticələnib. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Xavyer Ernandes hesabı açıb. 

Hissənin sonlarında “Sevilya” fərqi iki topa çatdırıb. Bu dəfə Munir Asmir Beqoviçi məyus edib. Ardınca isə Oliver Torres də fərqlənmək imkanı tapıb. Beləliklə, “Qarabağ” qrup mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb – 0:3.

Qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub. APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.

 

****

22:40

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda üçüncü qol vurulub.

REAL-ın məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində qonaqlar daha bir dəfə fərqləniblər. Torres ispanların 3-cü qolunu vurub. 

 

*****

22:38

 

UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında ikinci qol vurulub.

REAL-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda fərqi daha da artırıb. Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb.

 

****

22:20

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda hesab açılıb.

REAL-ın məlumatına görə, Bakıda keçirilən matçın ilk 62-ci dəqiqəsində qonaqlar cərimə zərbəsindən fərqləniblər. Xavyer Ernandes qapını dəqiq nişan alıb - 1:0

 

****

21:03

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

REAL-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da bu gün ilk oyununa çıxıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya" komandasını qəbul edir. Görüş saat 20:55-də başlayıb.

Qeyd edək ki, A qrupunun digər matçında Kipr APOEL-i Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə