İki ölkə arasında müharibə ola bilər - VİDEO

İki ölkə arasında müharibə ola bilər - VİDEO
Tramp: "İrana qarşı sanksiyalar sərtləşəcək"

Tək bir telefonla istənilən ölkəyə girə bilərik. ABŞ prezidenti Donald Tramp İrana ola biləcək müdaxilə ilə bağlı açıqlamasında belə deyib. Tramp bildirib ki, müdaxilə etmək həmişə asandır. Bunun bu gün olması şərt deyil. Sabah da ola bilər, iki həftə sonra da...Trampın bu açıqlaması ciddi müzakirələrə səbəb olub.

Politoloqlar bildirir ki, bu, regionda müharibə riskinin olmasından xəbər verir.

Arzu Nağıyevin sözlərinə görə, Amerika prezidentinin son dövrlər verdiyi bəzi qərarlar və İrana yönəlik açıqlamalar ölkənin özünə də müsbət heç nə vəd etmir.

 Politoloq Arzu Nağıyev hesab edir ki, müharibə olarsa, bu, təkcə regiona yox, bütün dünyaya təsir edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirəcəyini bəyan edib. O, yaxın günlərdə yeni sanksiyaların tətbiq olunacağını deyib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə