AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib

AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib

Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün təklif irəli sürüb.

REAL xəbər verir ki, "Report"un məlumatına görə, Xalq yazıçısı Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” mövzusunda keçirilən tədbirdə sosial şəbəkələrdə bəzi xarici dillərdə təhqir ifadələri yazılırsa, həmin ifadəni yazan istifadəçi blok olunur: "Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil bir-üç ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukerberqə, nə də digərlərinə hələ çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin bloklanması üçün müvafiq bir qrup yaradılsın. Fikrimcə, Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır".

Ç.Abdullayev bildirib ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib: "Bu gün Azərbaycanda dünyadan köçən bütün Xalq şairləri və Xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi".

Xalq yazıçısı əsərlərinin Ermənistana qədər yayılmasından da danışıb: "Mənim kitablarımı ermənilər də oxuyur. Hətta əsərlərim Xankəndində, İrəvanda da satılır. Ermənilər mənə feysbukda yazırlar, mən də onlara cavab verirəm".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə