“Qarabağ” məğlubiyyətlə başladı - VİDEO

“Qarabağ” məğlubiyyətlə başladı - VİDEO
Ölkə çempionumuz turnirin beşqat qalibi ilə bacarmadı

Futbol üzrə çempionlar Liqasının ardınca Avropa Liqasında da yeni mövsümə start verilib. A qrupunda qərarlaşan "Qarabağ" komandası ilk oyununu keçirib.

Ölkə çempionumuz Bakıda İspaniya "Sevilya"sını qəbul edib. Köhlən atlar birinci hissədə turnirin 5 qat qalibinin hücumları qarşısında tab gətirməyi bacarıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivimiz hətta ara-sıra qonaqların qapısı qarşısında təhlükəli vəziyyətlər də yaradırdı. Lakun buna rəğmən fasiləyədək tablodakı 0-lar dəyişməyib.

İkinci yarıya da daha fəal başlayan pirineylilər saatın tamamında istəklərinə çatıblar. Cərimə zərbəsini mükəmməl yerinə yetirən Xavyer Ernandes hesabı sevilyalıların xeyrinə dəyişib.

Hücumlarının kəsərini azaltmayan qonaqlar 78-ci dəqiqədə növbəti dəfə Tofiq Bəhramov adına Respublika Stadionuna toplaşan yerli azarkeşləri məyus ediblər. Qapıçı ilə təkbətək qalan Munir topu Asmir Beqoviçin başı üzərindən tora göndərib, 2-0.

Oyunda son sözü isə 85-ci dəqiqədə Oliver Torres baxımlı qolla deyib. Qarabağ 0, Sevilya 3.

"Rəqibin öz meydanında oynaması, stadiondakı ab-hava bizə çətinlik yaradırdı. İlk qol hər şeyi dəyişdi və daha sonra üstünlüyü artıra bildik. Komanda şəklində qalib gəldik. Yaxşı bir kollektivi üstələdiyimiz üçün məmnunam. "Qarabağ"ın APOEL-lə hər iki matçını izləmişəm. Ağdam klubu kiprliləri mübarizədən kənarlaşdıra bilərdir. İstənilən halda qələbəyə layiq oyun göstərdik.

Qeyd edək ki, "Qarabağ" komandası qrup mərhələsindəki növbəti matçını oktyabrın 3-də keçirəcək. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə