Girovların dəyişdirilməsi - VİDEO

Girovların dəyişdirilməsi - VİDEO
Təkliflər Ermənistanın müdafiə nazirinə təqdim olunub

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı Azərbaycanın təklifini Ermənistanın müdafiə nazirinə təqdim edib.

Bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.Tonoyan Dilqəm Əsgərov və Şahbaz Quliyevn girovluqdan azad ediləcəyini istisna etməyib.

Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə