Rusiyada qəza: 7 azərbaycanlı xəsarət alıb

Rusiyada qəza:  7 azərbaycanlı xəsarət alıb

Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi baş verib.

REAL-ın Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.

Əldə olunan məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 nəfər Azərbaycan Respublikasının vətəndaşı isə xəsarət alıb. 

Onlardan 3 nəfər ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb. 

"Hazırda Qayakənd Rayon Mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimizin vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır" , - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə