Növbəti lisenziya Zöhradan gəldi

Növbəti lisenziya Zöhradan gəldi
Gimnastımız çoxnövçülükdə olimpiadaya vəsiqə qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına növbəti lisenziyasını qazanıb. Yaponiyada iştirakını Zöhra Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında rəsmiləşdirib.

Zöhra çoxnövçülük üzrə fərdi yarışda fərqlənib.

Gürzlərlə, lentlə, halqa ilə və topla hərəkətlərdə toplam 78,725 xal yığan 18 yaşlı idmançımız B qrupunda 4-cü yeri tutub. Ağamirova bununla da A qrupunun 12 gimnastı mübarizəyə başlamadan olimpiadaya lisenziya verən “16-lıq”da yerini təmin edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə