Bakıda “Tibb biznes forumu“ - VİDEO

Bakıda “Tibb biznes forumu“ - VİDEO
Forumda tibb sahəsindəki problemlər müzakirə olunub

Bakıda "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib.

Forumun keçirilməsində məqsəd bu sahədə olan priblemlərin dövlət orqanları qarşısında qaldırmaq və həllinə nail olmaqdır.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot rayonlardakı xəstəxanalar da tam 100 faiz olmasa belə, əksəriyyəti özlərini müstəqil idarə edə bilirlər.

Onun sözlərinə görə, pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb. Zaur Əliyev həmçinin Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələrinin publik hüquqi şəxsə keçirildiyini və Bu ilin sonunadək prosesin bitəcəyəni deyib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə çıxışında qeyd edib ki, Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir.

M.Quliyev bildirib ki, dövlət özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşmalı və dəstək verməlidir. Millət vəkili Özəl tibb sektorunda assosiasiyanın yaradılmasının da vacibliyini vurğulayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə