Qaxda yük maşını ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb

Qaxda yük maşını ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb

Qax şəhərinin girişində axşam saat 20 radələrində yol-nəqliyyat hadisəsi baş verib. 

REAL-ın APA-ya istinadən məlumatına görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, Qax rayon sakinləri - 1993-cü il təvəllüdlü Rahib Məmmədnur oğlu Manəfov, 1994-cü il təvəllüdlü Yunus Miraləm oğlu Şəkiliyev və Şəki rayon sakini 1992-ci il təvəllüdlü İlham Vaqif oğlu Əhmədov xəsarət alıblar. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlar xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə