DÇ: Azərbaycan güləşçisi mübarizəyə məğlubiyyətlə başlayıb - YENİLƏNİR

DÇ: Azərbaycan güləşçisi mübarizəyə məğlubiyyətlə başlayıb - YENİLƏNİR

Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.

REAL Report-a istinadla xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Qostiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə özbəkistanlı Cavrail Şapiyevə uduzub - 1:4.


***08:41

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

REAL Report-a istinadla xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edəcək.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxacaq. Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə, Şərifov cənubi koreyalı Minvon Seu ilə üz-üzə gələcək.

Qeyri-olimpiya çəkilərində isə dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış edəcək. Qvarzatilov 1/8 finalda kubalı Yovlis Bonne Rodrigeslə, Həsənov isə Andrjey Pyotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə