Zaqatalada evlərdən fındıq kisələri oğurlayan şəxslər saxlanılıb

Zaqatalada evlərdən fındıq kisələri oğurlayan şəxslər saxlanılıb

Zaqatala rayonunda evlərdən fındıq kisələri oğurlayan şəxslər saxlanılıb.

REAL Report-a istinadla xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Qımır kəndinin 2 sakini onlara məxsus evdən və həyətyanı sahədən, ümumilikdə, 9 kisə fındığın oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Həmin hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxsin rayonun Bazar kənd sakini, 30 yaşlı Elçin Hacıyev olduğu müəyyən olunub.

O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin ifadəsində E.Hacıyev törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə