REAL TV şəhid polislərin ailəsində - VİDEO

REAL TV şəhid polislərin ailəsində - VİDEO
Şəhid olan zabitlərin ailələri günahkarlara ağır cəza tələb edir

Gəncədə 2018-ci ilin iyul terroru zamanı şəhid edilən polis əməkdaşları - polkovnik İlqar Balakişiyev və polkovnik -leytenant Səməd Abbasovun ailələrinin Prezident İlham Əliyevə müraciət etməsi iyul terroru məsələsini yenidən gündəmə gətirib. Ailələr dövlət başçısından terror aktının iştirakçılarına heç bir güzəşt olunmamasını və onlara törətdikləri əmələ görə cəza verilməsini xahiş edib. Şəhid polis əməkdaşlarının ailələrində olan Real tv-nin əməkdaşı Mahir Məmmədli deyir ki, hər iki ailə bu məsələdə danışmağa haqqı olanların məsuliyyətə cəlb edilənlərin yaxınlarınn deyil, məhz onların olduğu qənaətindədir.

Mahir Məmmədlinin sözlərinə görə Gəncə sakinləri də şəhid polis zabitlərinin ailələri ilə həmrəydirlər. Onlar iyul terrorunu əvvəlcədən hazırlanmış cinayət sayırlar.

Xatırladaq ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib. Faktla bağlı 80-dən artıq şübhəli şəxs saxlanılıb. Onlardan bəziləri məhkəmə qərarları ilə azadlıqdan məhrum edilib, bir qrup şəxsin isə məhkəməsi davam edir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə