Ağstafada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

REAL Report-a istinadla xəbər verir ki, hadisə Ağstafa şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 1992-ci il təvəllüdlü Şəmistan Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən