Cəlilabadda əmioğlu və əmiqızı döyülüb

Cəlilabadda əmioğlu və əmiqızı döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

REAL Report-a istinadla xəbər verir ki, Alar kənd sakinləri - 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı döyülüblər.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar naməlum şəxslər tərəfindən döyüldüklərini bildiriblər. Hər iki şəxsə tibbi yardım göstərilib.

Hazırda hadisənin başvermə səbəbi və təfərrüatı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər