Dövlət Dəniz Agentliyi: Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verib

Dövlət Dəniz Agentliyi: Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verib

Bu gün səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir.

Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb. 

Qeyd edək ki, dünən hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə