Fermerlər 800 manat subsidiya alacaq - VİDEO

Fermerlər 800 manat subsidiya alacaq - VİDEO
Subsidiya hər hektara görə ödəniləcək

Gələn ildən Azərbaycanda fermerlərə intensiv meyvə bağlarının hər hektarına görə subsidiya veriləcək.

Subsidiyanın məbləği 800 manat olacaq.

Vüqar Hüseynovun sözlərinə görə, subsidiyalar ilk 4 il ərzində ödəniləcək. Beşinci ildən isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən əvvəl salınmış intensiv və intensiv olmayan meyvə bağlarına əkin subsidiyası 1,2 əmsalla ödəniləcək , deyə Vüqar Hüseynov bildirib.

Vüqar Hüseynovun sözlərinə görə, 2019-ci ildə 10 intensiv bağ salmış fermer 8000 manat subsidiya alacaq. İlk 4 il başa çatdıqdan və bağlar məhsula düşdükdən sonra fermerə 2400 manat subsidiya ödəniləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə