Fuad Muradov: Bugün bizim bu istiqamətdə heç bir problemimiz yoxdur

Fuad Muradov: Bugün bizim bu istiqamətdə heç bir problemimiz yoxdur
Türkiyədə sənədsiz və təhsilsiz azərbaycanlıların probleminin həlli yolunda yeniliklər

Diasporla iş Üzrə Dövlət Kommitəsinin sədri Fuad Muradov, REAL TV-nin sənədsiz uşaqların oxuduğu məktəblərin qeydiyyatı və sənədsiz uşaqların üzləşdiyi problemlərin necə həll ediləcəyi ilə bağlı sualını cavablandırıb. 

“İstanbulda bir neçə məktəb tipli müəssisə fəaliyyət göstərir. Biz onların fəaliyyəti haqqında məlumatlıyıq. Biz çalışırıq ki, onların gündəlik problemlərinin həllində onların yanında olaq. Lakin bu məsələnin köklü çıxış yolu, gələcək bizim birinci, ikinci sinifə gedən balalarımızın sənəd məsələsinin həll olunmasıdır. Yəni bu sənəd məsələləri çox vacibdir. Ona görə də biz bu gün bu prossesi artıq başlamışıq. Amma o məktəblər bu gün fəaliyyət göstərir. Mən, deyə bilmərəm ki, bu tam orta məktəb kimi fəaliyyət göstərir amma onlar ən azından müəyyən biliklər verirlər. Biz həm XİN səviyyəsində, həm Köç idarəsi var Türkiyədə,  həm bizim diaspora komitəsi olaraq, artıq bir neçə dəfə görüşlər keçirilib. Bu yaxınlarda da Köç idarəsindən yüksək rütbəli insanlar Azərbaycanda idi. Onlarla da görüşlər keçirilib. Azərbaycan Miqrasiya xidməti ilə görüşlər keçirilib. Çünki bu bəzi sənədlərin hazırlanması, Azərbaycandan gəlməyi lazımdır. Yəni, o sənədsiz azərbaycanlılar haqqında məlumatı bizim Azərbaycanın müxtəlif qurumları verir. Artıq müəyyən bir siyahı da müəyyənləşib və bu siyahı da göndərilib müvafiq qurumlara. Mütəmadi olaraq da əməkdaşlıq həyata keçirilir. Bu gün bizim bu istiqamətdə heç bir problemimiz yoxdur.”

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə