İstanbulda erməni diasporuna qarşı addımların atılması məsələsi müzakirə edilib

İstanbulda erməni diasporuna qarşı addımların atılması məsələsi müzakirə edilib
Diasporla iş Üzrə Dövlət Kommitəsi bu gün Türkiyədə azərbaycanlılarla görüş keçirib

Diasporla iş Üzrə Dövlət Kommitəsinin sədri Fuad Muradov: “Bu icmada müzakirə edilən məsələlərdən biri də Ermənistan rəhbərliyinin aqressiv, məsuliyyətsiz bəyanatları idi. Xəbəriniz olduğu kimi, söhbət qondarma birləşmə ətrafında gedən söz-söhbətlərdən ibarətdir. Biz də, bizim icmamızı həm burada, həm də keçən həftə Fransada da təlimatlandırdıq, məsləhətimizi verdik ki, bu istiqamətlərdə daha çevik olmalıdırlar. Beynəlxalq təşkilatların gündəliyinə salınan məsələlərdən biri də məhz bu olmalıdır ki, bu gün Ermənistan bütün öhdəliklərini, təkcə Azərbaycan qarşısında olan öhdəliklərini yox, beynəlxalq təşkilatlar, ATƏT-in həmsədrləri qarşısında götürdüyü öhdəliklərin hamısını pozur. Bu baxımdan biz də öz imkanlarımızdan istifadə edərək, bu bəyanatlara adekvat cavabların verilməsini istəyirik. Beynəlxalq təşkilatlar görməlidir ki, Ermənistanın məqsədi heç də  kiməsə müstəqillik vermək deyil,  Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır. Onların bu torpaqları işğal altında saxlaması isə gələcəkdə onların türk torpaqlarına da iddialı olduğunu göstərir.“ 

 

REAL TV-nin Türkiyə bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə