Teymur Rəcəbov yarımfinalda

 Teymur Rəcəbov yarımfinalda
Şahmatçımız ABŞ təmsilçisini mübarizədən kənarlaşdırıb

Rusiyada şahmat üzrə dünya kuboku davam edir. Xantı-Mansiysk şəhərində təşkil olunan turnirinin dörddəbir final mərhələsinin cavab partiyaları oynanılıb.

Şahmatçımız Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionq ilə qarşılaşıb. Birinci görüşünü heç-heçə edən qrossmeysterimiz bu dəfə rəqibini məğlub edərək ən güclü dördlüyə yüksəlib.

Rəcəbovun yarımfinalda rəqibi fransalı Maksim Vaşe-Laqrav və ermənistanlı Levon Aronyan duelinin qalibi olacaq.

Xatırladaq ki, Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıblar. Arkadi Naydiç Almaniya, Nicat Abbasov ABŞ təmsilçisinə, Eltac Səfərli Şəhriyar Məmmədyarova, “Şah” özü isə Teymura məğlub olub.

Oktyabrın 4-də yekun vurulacaq Dünya kubokunun finalına yüksələcək zəka sahibləri 2020-ci ildə reallaşacaq şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə