Daşkənddə himnimiz səsləndi

Daşkənddə himnimiz səsləndi
Paracüdoçularımız yarışı 11 medalla bitirdilər

Özbəkistanda paracüdo üzrə Qran-Pri turnirində fərdi yarışlara yekun vurulub. Daşkənd şəhərində reallaşan turnirin ikinci günündə millimizin altı üzvü mübarizəyə qoşulub. Təmsilçilərimizindən hər biri Özbəkistan paytaxtında bayrağımızı ucaldıb.

100 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Əbdülxanlı birinci görüşdə rusiyalı, ardınca yerli idmançını üstələyərək finala vəsiqə qazanıb. Əbdülxanlı baş mükafat uğrunda Böyük Britaniya təmsilçisi Kristofer Skelleylə üz-üzə gəlib. Britaniyalı rəqibini də məğlub edən Kənan, qızıl medala layiq görülüb.

63 kq-da yarışan Xanım Hüseynova da finaladək itkisiz irəliləyib. Yaponiyalı cüdoçunu mübarizədən kənarlaşdıran Hüseynova, yarımfinalda türkiyəli həmkarına da şans verməyib. Lakin finalda Özbəkistan idmançısına uduzan təmsilçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Digər 4 atletimiz qran prinin bürünc mükafatına yiyələnib.

81 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Rəhimli rusiyalı idmançını məğlub edib. Yarımfinalda yerli cüdoçuya uduzan Rəhimli bürünc medal uğrunda Cənubi Afrika Respublikasından olan həmkarı ilə üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran Hüseyn yarışı üçüncü pillədə başa vurub.

Ağırlığı 100 kq-dan yuxarı olan idmançılarla güləşən İlham Zəkiyev koreyalı atletlə bacarmayıb. Lakin təsəlliverici görüşlərə qatılan Zəkiyev bundan maksimum yararlanıb. Yunanıstan və Böyük Britaniya təmsilçisinə qalib gələn iki qat Paralimpiya çempionumuz komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.

70 kiloqram çəki dərəcəsində çıxış edən Zülfiyə Hüseynova Özbəkistan təmsilçisinə qalib gəlsə də, braziliyalı həmkarı ilə dueldən məğlub ayrılıb. Təsəlliverici görüşdə gürcüstan və rusiyalı cüdoçulardan üstün olan Hüseynova 3-cü yerı çıxıb.

Ağırlığı 70 kq-dan yuxarı olan cüdoçularla mübarizə aparan Dürsədəf Kərimova 1/4 finalda italiyalı həmcinsinə uduzub. Təsəlliverici görüşlərdə Ukrayna və Türkiyə təmsilçilərinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə seçməmiz Qran Pridə 35 ölkə arasında üçüncü olub. Komandamız yarışda ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib.

Xatırladaq ki, birinci gündə Namiq Abaslı ilə Sevda Vəliyeva gümüş, Şahanə Hacıyeva, Afaq Sultanova və Ramil Qasımov isə bürünc mükafat qazanıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə