Pekində İncəsənət Biennalisi - VİDEO

Pekində İncəsənət Biennalisi - VİDEO
Rəssamlarımızın əsərləri beynəlxalq sərgidə nümayiş olunub

Çinin paytaxtında 8-ci Pekin Beynəlxalq İncəsənət Bionallesi təşkil olunub.

İki ildən bir keçirilən bionnalenin bu ilki devizi “Rəngarəng dünya və ortaq gələləcək” olub. İncəsənət festivalında 113 ölkədən 640 əsər nümayiş olunub.

Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.

Çin Milli İncəsnət muzeyində təşkil olunan sərgidə Azərbaycan rəssamları Nailə Əhmədovanın "Böyük İpək yolu" və Rəfail Əliyevin "Qaraçılar mahnısı" əsəri nümayiş olunub. Nailə Əhmədovanın əsərində tarixi İpək yolunun keçdiyi ölkələrdəki dünyaca tanınan memarlıq abidələri əks olunub.

Azərbaycandan isə Qız Qalası, "Atəşgah" məbədi və Qobustan tarixi qoruğu təqdim olunub. Hər iki əsər biennale ziyarətçilərinin böyük marağına səbəb olub.

Çinin Ədəbiyyat və İncəsənət Federasiyasının, Pekin meriyasının, Çin Rəssamlar Assosiasiyasının birgə təşkil etdiyi sərgi biennale çərçivəsində simpoziumlar, ustad dərsləri, müəlliflərlə görüşlər təşkil edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə