Heç-heçə ilə başlayan yarımfinal

Heç-heçə ilə başlayan yarımfinal
Teymur Rəcəbov Maksim Vaşye-Laqrava qarşı

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.

Yarışda mübarizə aparan təmsilçimiz Teymur Rəcəbov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Adı çəkilən şahmatçılar arasında ilk oyun heç-heçə yekunlaşıb.

Növbəti klassik partiyada da qalib müəyyənləşməsə tərəflər tay-breykdə münasibətlərinə aydınlıq gətirəcək.

Çinli şahmatçılar Dinq Liren və Yu Yanq Li arasında baş tutmuş digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib.

Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Yarışın qalibi 110 min finalçı isə 80 min dollar gəlir əldə edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə