Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

REAL Report-a istinadla xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı misirli Ahmed Abdelsamiya və belaruslu Nikita Starovoytovu ipponla yendikdən sonra 1/4 finalda rusiyalı Nodar Onoprienkoya uduzub. Bakıdakı Yeniyetmələrin Yay Olimpiya Festivalının qalibi olmuş cüdoçu təsəlliverici görüşdə moldovalı Alin Baqrinə 95 saniyəyə ipponla qalib gəlib. Onun 3-cü yer uğrunda görüşdə rəqibi yaponiyalı Mitsuki Suqavara olacaq.

70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının əvvəlki yarış günlərində Azərbaycan cüdoçularından Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə