Rusiya Kinematoqrafiya İnstitutu -100 (VİDEO)

Rusiya Kinematoqrafiya İnstitutu -100 (VİDEO)
Təhsil Ocağının yubiley tədbirinə Azərbaycan da qatılıb

Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu bu il 100 illiyini qeyd edir.

REAL-ın Rusiya bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Rusiyanın kino və televizya sahəsində tanınmış xadimləri ilə yanaşı, xarici dövlətlərdən də rəsmi nümyəndələr və tanınmış aktyorlar iştirak edirib.

Yubiley gecəsində Rusiya kino tarixindən video fraqmentlər nümayiş olundu. Daha sonra Kinematoqrafiya İnstitutunun 100 illik tarixini əks etdirən film göstərilib.

Gecənin rəsmi açılışında iştirak edən müxtəlif ölkələrdən - Azərbaycan, Qazaxıstan, İran, Özbəkistan, Monqolustandan olan nümayəndələr Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu ilə mövcud mədəni əlaqələrdən bəhs etiblər.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüoğlu da çıxışında Azərbaycanla bu mədəniyyət qurumu arasında olan tarixi inkişaf və münasibətləri xatırladıb. 



Polad Bülbüoğlu Rusiya və Azərbaycan kinemotaqraflarının birgə ərsəyə gətirdiyi ekran əsərləri barədə məlumat verərək bu əlaqələrin gələcəkdə də inkişafının vacibliyini bildirib.

Səfir Azərbaycan Mədəniyyət Nazirliyinin təbrik məktubunu Ümumrusiya Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışeva təqdim edib.

REAL TV-yə verdiyi müsahibədə Ümumrusiya Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev Azərbaycanla rəhbərlik etdiyi qurum arasında işgüzar əlaqələrin daha da genişlənməsi və bununla bağlı müqvilə imzalandığı barədə danışıb:

"Onlarla tələbə bu Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıblar və bu divarları böyük mütəxxəsis olaraq tərk ediblər. Bizi təkcə kecmiş deyil, bu günkü günümüz də sevindirir. Bir az öncə biz Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitututu günü keçirdik. Tələbələrlə görüşdük, ustad dərsləri təşkil etdik, biz əməkdaşlıq haqqında müqavilə imzaladıq və bunu büxtəlif formalarda inkişaf etdirəcəyik. Azərbaycanlı tələbələr beynəlxalq yay məktəbində iştirak etdilər. Bizi bir birimizə doğru addımlayırıq. Biz bir birimizə hörmət edirik. Və inanırıam ki biz Bir cəkliş meydancasında dünyanın şah əsərlərini yaradacayıq".

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy da Rusiya ilə Azərbaycanın əlaqələrinin bütün istiqamətlərdə inkişafından bəhs edib:

"Bu gün Azərbaycan Kinematoqrafiyasının böyük və şanlı tarixi var. “Qorxma, mən səninləyəm” kimi filimlərlə əlbətdə ki, Həm Polad Bülbül oğlu, həm Yuliy Qusman bu insanlar Azərbaycan mədəniyyətinin fenomenini təşkil edirlər, hansılar ki çox güclü şəkildə Rusiyanın mədəni həyatına da təsir göstəriblər. Bu adlar çoxdur, bu insanlar gözəldir. Və bu insanların çoxunun burada, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldıqları faktdır. Yaxşı oxuyublar və mən fikrləşirəm ki, biz Poladla eyni zamanda nazir olduğumuz vaxt kinematoqrafiya sahəsində bağladığımız əməkdaşlıq müqaviləsinin də bir bəndi, məhz, buna aid idi ki, bu istiqamətdə də yeni kadırlar hazırlansın. Düşünürəm ki, bu çox vacibdir. Həm Azərbaycan həm də Rusiya üçün. Çünki burada təhsil almaq, Azərbaycanda isə çəkilişlər etmək olar. Orada günəşli günlər çox olur. Ora kinematoqrafiya üçün həmişə hazır olan peşəkar bir məkandır. Bizim kinematoqrafiya sahəsində, ümumiyyətlər, həm iqtisadi, həm siyasi istiqamətdə əlaqələrimizin böyük gələcəyi var. Allah eləsin ki, həmişə belə olsun".

Qeyd edək ki, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu 1919-cu ildə ilk tələbələrini qəbul edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə