Buffon Maldiniyə məxsus rekordu təzələyib

Buffon Maldiniyə məxsus rekordu təzələyib

İtaliya "Yuventus"unun qapısıçı Canluici Buffon klub səviyyəsində yeni rekord müəyyənləşdirib.

REAL Report-a istinadla xəbər verir ki, 41 yaşlı qolkiper buna VI turda SPAL komandası ilə A Seriyasının VI tur matçına start heyətdə çıxmaqla nail olub. O, klub səviyyəsində oyunlarının sayını 903-ə çatdıraraq, "Milan"ın sabiq müdafiəçisi Paolo Maldinini geridə qoyub.

Qeyd edək ki, Canluici Buffon oyunlarından 25-ni Fransa PSJ-sinin, 220-ni "Parma"nın, 658-ni isə "Yuventus"un heyətində keçirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə