Əfqan Əsgərovun 90 illik yubileyi - VİDEO

Əfqan Əsgərovun 90 illik yubileyi - VİDEO
Tədbirdə "Şahlar şahı" romanının təqdimatı keçirildi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Əfqan Əsgərovun 90 illik yubiley tədbiri keçirildi.

Həmçinin tədbir çərçivəsində yazıçının "Şahlar şahı" romanının təqdimatı da ba. tutdu. Tədbirdə tanınmış yazıçının ailə üzvlər, ədəbiyyat sevərlər, incəsənət adamları və tanınmış yazarlar iştirak etdilər.

Əfqan Əsgərov Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb.

Müxtəlif media orqanlarında redaktor, baş redaktor vəzifələrində çalışıb. Əfqan Əsgərov istedadlı yazıçı və dramaturq kimi də məşhur olub. Onun qələmindən çıxan “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dünya gözəlliyindir”, “və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.

Əfqan Əsgərov respublikamızın qocaman jurnalistlərindəndir və hələ ondan öyrənməli çox şeylər var...

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə