Milli parklarla bağlı proqram - VİDEO

Milli parklarla bağlı proqram - VİDEO
Milli parkların ərazisindən yaylaqlara çıxış olacaq

Ölkədə ekoturizmin inkişafı üçün milli parklarla bağlı milli proqram hazırlanacaq. bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.Onun sözlərinə görə, Azərbaycanın milli parklarının bioloji baxımdan potensialı çox olsa da, buraya səfər edən turistlərin sayı o qədər də qənaətbəxş deyil:

"Buna görə də ölkədəki milli parkların inkişafı üzrə milli proqram hazırlanacaq. Milli parklara səfər edənlərin sayını artırmaq yollarını fikirləşmək, bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib".

ikmət Əlizadə bu il milli parklara səfər edənlərin sayının artdığını da deyib.

Ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb. bunu Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova deyib. O bildirib ki, hazırda milli parkda 50-ə yaxın turistik cığırlar var. Bu il ərzində daha iki cığır da salınacaq. Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində bu işlər davam etdiyni deyən direktorun sözlərinə görə, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq. Burada da hər bir turistə nadir və "Qırmızı kitab"a düşən heyvanları görmək nəsib olacaq

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə