“Ay Şəhər“dən Ağ Şəhərə yol - VİDEO

 “Ay Şəhər“dən Ağ Şəhərə yol - VİDEO
Keçmiş "Lunapark" yerini müasir tikililərə verir

Paytaxtın Xətai rayonu Nobel prospektində yerləşən Nizami parkı uzun müddət baxımsız qaldığından yararsız hala düşüb.Təbii ki bu da belə qala bilməzdi.

Bu səbəbdən Xətai rayon icra hakimiyyəti tərəfindən həmin ərazidə abadlıq işləri aparılır.

Abadlaşdırma işləri aparılan ərazidəyik.Burda müxtəlif investorlar tərəfindən tikinti işləri aparılır.Binalar tikilir,yeni yollar salınır.qaz,işıq su təchizatı sistemləri isə tamamlanmaq üzrədir.

Park kvartalında aparılan işlərin təhvili yeni Mərkəzi Bulvar küçəsinin açılışı ilə müşayiət olunacaq.Eni 37 metr,uzunluğu 1550 metr olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi Ağ şəhərin yol şəbəkəsində vacib yer alır. Bu yol Ağ şəhərin mərkəzindən keçərək Bulvar yolu və Nobel prospektini Xəqani Rüstəmov küçəsi ilə birləşdirəcək.Sözügedən yol davamı nəzərdə tutulan Ağ şəhər Bulvarına birləşəcək.

Qeyd edək ki,ümumilikdə kvartalın infrastruktur və abadlıq işlərinin ilin sonunadek yekunlaşması nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə