Bu gün Beynəlxalq Ahıllar Günüdür - VİDEO

Bu gün Beynəlxalq Ahıllar Günüdür - VİDEO
Ölkə üzrə ahıl vətəndaşların sayı 400 minə yaxındır

Uşaqlıqdan hamımıza yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda qocalara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar.

Bu gün bütün dünyada "Beynəlxalq Ahıllar Günü" qeyd olunur.

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailənin, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların ehtiyaclarını diqqətə çatdırmaqdır.

Ölkəmizdə isə "Beynəlxalq Ahıllar Günü" 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, onların ehtiyaclarını müəyyənləşdirərək əməli tədbirlər görməkdir.

2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Hazırda ölkə üzrə ahıl vətəndaşların sayı 400 minə yaxındır.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur.

“Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.

2006-cı ildə “Əmək pensiyaları haqqında” qanun qüvvəyə sonra ölkəmizdə əmək pensiyasının minimum məbləği 8 dəfə artıb. Belə ki, minimum pensiya bu ilin martın 1-dən 116 manatdan 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb.

Son illərdə bir çox sosial xidmət müəssisələrində olduğu kimi, mühüm bir hissəsi ahıllardan ibarət 235 nəfərin yaşadığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

“Sosial xidmət haqqında" qanuna əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7700 ahıl şəxs evlərində sosial-məişət xidməti ilə təmin edilir. Bir sözlə ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar.

Bu gün əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan xatirələri təzədən yada salan, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır.

Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək, yaşadıqları ünvana üz tutmaq, təsəlli vermək üçün yaxşı fürsətdir.

Həm də təkcə bu gün yox...

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə