Təxribata “dron geyindirənlər“ - VİDEO

Təxribata “dron geyindirənlər“ - VİDEO
Lüksemburqa nota ünvanlanacaq

Qarabağ Azərbaycandır və nida işarəsi.

Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikir Andronik tör-töküntülərin yuxusuna haram qatdı. Arsenalla oyunda ortaya atdıqları qondarma respublikanın bayrağı bu dəfə Lüksemburq səmasını ləkələdi.

Nəticədə oyunda fasilə yarandı və Lüksemburqun idman naziri Dan Kerş yaranmış vəziyyətlə bağlı üzrxahlıq etdi. Dan Kerşin addımı təqdirəlayiqdir amma dronun stadionun üzərində uçması normal haldırmı? Məsələ burasındadır ki, bu dronların səması bilindiyi kimi hüdudsuz deyil.

Məlum dronları Çinin DiCeyAy şirkəti istehsal edir və hər cihaz üçün No Fly Zone-yəni uçuşun icazə verilmədiyi zonalar var. Məsələn hava limanı və stadionlar belə zonalardan hesab edilir. Bəs təxribatçıların dron bu zonaya necə girib? Cavab sadədir.

Bunun üçün konkret cihaza qadağan olunmuş ərazidə uçmaq icazəsi verilməlidir. Prosedur qaydalarına əsasən federasiya Diceyay şirkətinə dronun stadion üzərində uçmasına icazə verilməsinə dair məktub ünvanlamalı, istehsalçı şirkət isə cihaza bu ərazidə uçuş izni verməlidir. Deməli qondarma respublikanın bayrağının stadion üzərində uçması 4 ədəd dığanın beynini məhsulu deyil.

Lüksemburqda baş vermiş təxribatın məsuliyyətini "Ultra-qrup birinci Ermənistan cəbhəsi" öz üzərinə götürüb. Görünür ermənilər futbol dünyasında da mini Asala yaratmaq niyyətindədirlər. Qarabağ rəqibə elə bu dığaların sayı qədər qol vurdu. Təcrübə göstərir ki, ermənilərə verilən cavablar sistematik və fasiləsiz olmalıdır. Onlara başlarını və dronlarını qaldırmaq imkanı verilməməlidir. Bu baxımdan Qarabağ Azərbaycandır və nida işarəsi gənclərin beynəlxalq kampaniyası yerinə düşdü. Gənclər və idman nazirliyi tərəfindən başlanan kampaniya erməni xislətli bəyanatların ifşasına hesablanıb.

"Düdelanj"-"Qarabağ" oyununda baş vermis təxribata AFFA da biganə qala bilməzdi. Ölkənin ali futbol qurumu yaydığı bəyanatda UEFA-ya şikayət məktubu ünvanlandığını qeyd edib.

Ümid edirik ki, UEFA təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə təşkilini yeganə səbəb kimi göstərməyəcək. Çünki ortada təşkilatçılıqla yanaşı, təkrarlanan təxribat mövzusu var.

Hər halda ermənilər bilməlidir ki, uçurtduqları dron Lələtəpədən daha yüksəkdə deyil.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə