Müəllimlərin günü - VİDEO

Müəllimlərin günü - VİDEO
Dünyanın 100-dən çox ölkəsində qeyd olunur

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin onun əməyi özü bir dəyərdir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün xüsusi bir tarixçəsi var. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının özünəməxsus tarixçəsi var. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Hazırda Azərbaycanda 7 minədək təhsil müəssisəsində təxminən 200 min pedaqoq çalışır. 6 saylı məktəb-liseydə azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edən, ilin ən yaxşı müəllimi seçilən Əminə Səfərovanın sözlərinə görə, müəllimlər günündə onun üçün ən böyük hədiyyə şagirdlərin sevgisidir.

Əminə Səfərova həmçinin hazırkı təhsil sistemindən və şagirdlər qarşısında qoyulan tələblərdən də söz açdı.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hazırda dünyanın 100-dən çox ölkəsində bu gün ümumdünya səviyyəsində qeyd olunur. Bayramınız mübarək Əziz müəllimlər!

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə