Balakəndə fərdi yaşayış evi yanıb

Balakəndə fərdi yaşayış evi yanıb

Bu gecə saat 02:28-də Balakən rayonunun Qazma kəndində yanğın hadisəsi olub. 

REAL APA-ya istinadla xəbər verir ki, yanğın kənd sakini Cərullah Şindiyevə məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dvlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə