İsrail Qüdsə ordu yeritdi: ABŞ səfirliyinin açılışına hazırlıq

İsrail Qüdsə ordu yeritdi: ABŞ səfirliyinin açılışına hazırlıq
İsrail hökuməti Livana da sərt xəbərdarlıq edib

Sabah ABŞ-ın Qüdsdə səfirliyinin açılışı olacaq. Bununla bağlı olaraq İsrail ordusunun bölmələri Qüdsə yeridilib, şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb.

Real TV xəbər verir ki, bu barədə virtualaz.org və haqqın.az saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev Qüdsdən bildirir.

E.Fətullayevin yazdığına görə, Qüdsdə ABŞ səfirliyinin açılışı ərəfəsində vəziyyət olduqca gərgindir. Çünki ərəblərin Qəzza sektorundan Qüdsə böyük yürüşü hazırlanır, toqquşmaların olacağı qaçılmazdır.

Xatırladaq ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərarı prezident Donald Tramp verib. Bu qərar ərəb-İsrail münaqişəsini daha da kəskinləşdirib. Tramp əvvəlcə səfirliyin açılış mərasiminə şəxsən qatılacağını bildirsə də sabahkı açılışa qızı İvankanı göndərir.

E.Fətullayev onu da yazır ki, Qüdsdə ABŞ səfirliyinin açılması ilə yanaşı İsraildə mayın 10-na keçən gecə Suriya ərazisindəki İran bazalarına endirilmiş zərbələr də əsas müzakirə mövzusudur. Əməliyyat zamanı bu bazaların 80 faizi məhv edilib, hansı ki, İran həmin bazaları yaratmaq üçün 5 il vaxt və 1 milyard dollara yaxın vəsait sərf etmişdi. “Məlumatlar var ki, İran bu əməliyyatdan sonra İsrailə cavab zərbələrini müzakirə edib, lakin prezident Ruhani bunun qəti əleyhinə çıxıb”, - E.Fətullayev bildirir.

E.Fətullayev onu da xəbər verir ki, İsrail hökuməti Livana da sərt xəbərdarlıq edib. Bildirib ki, əgər “Hizbullah” Livan ərazisindən “bir güllə belə atmağa cəsarət eləsə” bu ölkəni darmadağın edəcək. Və İsrailin əməliyyatları 2005-ci ildə olduğu kimi “Hizbullah”ın nəzarətindəki Dahya ilə məhdudlaşmayacaq. Dahya Beyrutun “Hizbullah”ın nəzarətindəki kvartalıdır.

“İsrail diplomatik qaynaqlarından əldə etdiyim məlumata görə Livana sərt xəbərdarlıq edilib. Bildirilib ki, Livan hökuməti bütün ölkə ərazisinə nəzarətini təmin etməlidir, əks halda İsrail sonrakı hadisələrə görə məsuliyyət daşımayacaq”, - E.Fətullayev bildirib.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə