Şahmatçılarımızın Batumi sınağı

Şahmatçılarımızın Batumi sınağı
Zəka sahiblərimiz komandalararası Avropa Çempionatında iştirak edəcəklər

Oktyabrın 23-də Gürcüstanda şahmat üzrə komandalararası Avropa çempionatı start götürəcək. Batumidə reallaşacaq yarışa qatılacaq komandalarımızın heyəti açıqlanıb.

Kişilərin mübarizəsində ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadiy Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcək. Seçməmizin kapitanı Eltac Səfərli olacaq.

Qadınların turnirində isə Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova birincilik uğrunda yarışacaq.

İsveçrə sistemi üzrə keçiriləcək Avropa çempionatı 9 turdan ibarət olacaq. Turnirin qalibi noyabrın 3-də müəyyənləşəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə