Millinin heyətində dəyişiklik

Millinin heyətində dəyişiklik
M.Emreli qarşıdakı iki oyunda iştirak etməyəcək

Futbol üzrə Azərbaycan millisi Bəhreyn komandası ilə yoldaşlıq görüşü və Macarıstan kollektivi ilə AVRO-2020-nin seçmə oyunu ərəfəsində daha bir itki ilə üzləşib.

Mahir Emreli "Qarabağ"ın heyətində "Sabah"la Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində reallaşan matçda zədələnib. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki qarşılaşma üçün açıqlanan siyahıdan çıxarılıb. Əvəzində “Neftçi”dən Namik Ələsgərov seçməyə dəvət alıb.

"Qarabağ"ın Lüksemburqda "Düdelanj"la keçirdiyi Avropa Liqasının 2-ci turunun oyununda zədələnən Qara Qarayevin isə millinin görüşlərində iştirakı üçün heç bir problemin olmadığı müəyyənləşib.

Xatırladaq ki, daha əvvəl eyni vəziyyətlə üzləşən "Neftçi"nin qapıçısı Səlahət Ağayevi "Sumqayıt"lı həmkarı Mehdi Cənnətov əvəzləyib.

Qeyd edək ki, bəhreynlilərlə matç oktyabrın 9-da, macarıstanlılarla qarşılaşma isə ayın 13-də oynanılacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə