Qitə birinciliyində 6-cı medalımız

Qitə birinciliyində 6-cı medalımız
Taekvondoçularımız yarışı 2 gümüş, 4 bürünc mükafatla bitiriblər

İspaniyanın Marina Dor şəhərində yeniyetmə və gənclər arasında taekvondo üzrə Avropa birinciliyinə yekun vuruldu. Son yarış günü komandamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.

Gənclər arasında 78 kq çəki dərəcəsində qüvvəsini sınayan Taleh Süleymanov ispan, rusiya və ukraynalı taekvondoçuya qalib gəlib. Yarımfinalda digər rusiyalı idmançıya məğlub olan Taleh birinciliyi bürünc medalla başa vurub.

Xatırladaq ki, bunadək gənclərimizdən Səyyad Dadaşov 51, Cavab Ağayev 68 kq-da eyni uğura imza atıb.

Yeniyetmələrin yarışnda da seçməmiz 3 medal əldə edib. Zemfira Həsənzadə ilə Pünhan Mürsəlov qitə birinciliyi ikinci, Şamil Mirzəyev isə üçüncü pillədə bitirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə