Avropa birinciliyində 9 atletimiz mübarizə aparacaq

Avropa birinciliyində 9 atletimiz mübarizə aparacaq
Gənclərimiz üçün lisenziya şansı

Gənclərdən ibarət yığma komandamız Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq ağır atletika üzrə Avropa birinciliyində qüvvəsini sınayacaq.

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet iştirak edəcək.

20 yaşa qədər idmançılar arasında ölkəmizin idman şərəfini 5 atlet qoruyacaq. Məşqçilər heyəti 67 kq-da Rüstəm Qasımova şans verəcək.

Tarmenxan Babayevlə Əliş Nəzərov müvafiq olaraq 96 və 109 kq çəki dərəcələrində bacarığını nümayiş etdirəcək.

Ən ağırların yarışında körpücük üzərinə İsmayıl Qurbanov çıxacaq. Zəriflərin mübarizəsində ölkəmizin idman şərəfini Səbinə Əzimova qoruyacaq.

Mərziyyə Məhərrəmova 23 yaş kateqoriyasında mükafatlara iddialıdır. Məhəmməd Məmmədli, Elşad Şərifov və Kənan Əliquliyev də bu yaş kateqoriyasında məşqçilərin etimadını doğrultmağa səy göstərəcək.

Qitə miqyaslı yarışda ölkəmiz 1 hakimlə, Məmməd Məmmədovla təmsil olunacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə