Saxtakarlıq faktına görə 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı dayandırılıb

Saxtakarlıq faktına görə 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı dayandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

ƏƏSMN-dən REAL-a verilən məlumata görə, müəyyən edilib ki, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib. Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.

Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər  görüləcək.

Ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq addımlar atılır.

Məlumat üçün bildirək ki, ÜDSY aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə verilir. Aztəminatlı ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı və həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə lazımdı. Bundan sonra kompüter və ya mobil telefonlardan istifadə edərək elektron qaydada müraciət etmək mümkündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə