AFFA “Sabah”ın müdafiəçisini bir oyunluq cəzalandırıb

AFFA “Sabah”ın müdafiəçisini bir oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadəni bir oyunluq cəzalandırıb. 

"Report" xəbər verir ki, səbəb 22 yaşlı müdafiəçinin Premyer Liqanın VII turunda səfərdə "Qarabağ"a uduzduqları matçda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə almasıdır. Paytaxt təmsilçisinə 200 manat cərimə də kəsilib. 

İntizam Komitəsi "Sumqayıt" və "Neftçi"ni isə hərəyə 800 manat məbləğində cərimələyib. "Gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Keşlə" ilə görüşdə (0:0) sarı vərəqə alıb. "Neftçi"nin 4 üzvü isə "Səbail"i məğlub etdikləri matçda eyni cəza ilə üzləşib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə